BMT Gürcüstana səsləndi: “Azərbaycanlı qadının intiharını araşdırın”

Hazırda oxunan: BMT Gürcüstana səsləndi: “Azərbaycanlı qadının intiharını araşdırın”

0:00
0:00
45727

Birləşmiş Millətlər Təşkilatının Komitəsi Gürcüstanı 2014-cü ilin sentyabrında azərbaycanlı qadının intiharının səbəblərini araşdırmağa çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə komitənin qəbul etdiyi qərarda deyilir.

BMT-nin komitə üzvlərinin qərarına əsasən, Gürcüstan qadınlara qarşı zorakılığı lazımi şəkildə araşdıra bilməyib.

Xatırladaq ki, etnik azərbaycanlı, Gürcüstan vətəndaşı Xanım Ceyranova ərinin qohumları tərəfindən nikahdankənar münasibətlərdə ittiham olunub. 2014-cü il sentyabrın 16-da ərinin üç qohumu qadına hücum edərək, onu kəndin içində sürüyərək huşsuz vəziyyətdə döyüblər. Lakin hücum nəticəsində heç kim saxlanılmayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilməyib. Bir gün sonra qadın zirzəmidə asılmış vəziyyətdə tapılıb.

Amma öləndən sonra da mərhumun ailəsi polisə hadisə yerində məhkəmə-tibbi ekspertizasının keçirilməsinə icazə verməyib.
 

Eyni zamanda Ceyranovanın cənazəsini dəfn üçün hazırlayan mollalar onun paltarının qan içində olduğunu bildiriblər. 


Şahidin ifadəsinə görə, qadının bədənində döyülmə izləri olub. Bu da onun döyüldüyünü təsdiqləyir. 

Prokurorluq ölümlə bağlı cinayət işi açıb, lakin tezliklə istintaq dayandırılıb. Müstəntiqlər belə nəticəyə gəliblər ki, zərərçəkmiş onun davranışı nəticəsində intihar edib və bu, “utancverici” və “şərəfsizlik” kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin