Xəbər verdiyimiz kimi, ermənilər Zəngəzurda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna paralel olaraq Gorus-Tatev yolunu inşa edirlər. Hətta dünən baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasında o yolun artıq tamamlandığını və istifadəyə verildiyini deyib. Ancaq “Sputnik Armeniya” nəşrinin çəkiliş qrupunun hazırladığı video deyilənlərin əksini deyir.
Bizim.Media xəbər verir ki, görüntülərdən aydın olur ki, yolun yalnız bir hissəsində torpaq işləri görülüb.
Mənbə yazır ki, Xot-Şahverdilər yolunun 10 km-ə yaxın hissəsi genişləndirilib, 6 km yol isə asfalt üçün hazırlanıb.
Belə nəticəyə gəlmək olar ki, yolun hələlik bəzi hissəsi yük maşınları üçün yararlıdır. İnşaatçılardan biri agentliyin müxbirinə yolun nə vaxt təhvil veriləcəyi haqda informasiyaya sahib olmadığını deyib.
Hazırda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu yalnız rüsum ödəməyə razı olan İran yük maşınları üçün açıqdır. Polis bütün digər yük maşınlarını Tatev vasitəsilə Gorus-Tatev kəsişməsinə yönəldir.
Bizim.Media