“Bizə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 12-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti ilə görüşdü - FOTO
“Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm”, deyə o, qeyd edib.
Bizim.Media