Noyabrın 11-də İstanbulda postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib. Tədbirdə türkdilli ölkələrin nazirləri, iş adamları, startapçılar iştirak ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin türkdilli dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-tranzit, investisiya, “yaşıl” və dairəvi iqtisadiyyat, iqlim dəyişikliyinin qarşısının alınması, rəqəmsallaşma və müasir tələblərə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacağını vurğulayıb.
Konfransda Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli investisiya və biznes mühiti, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkə iqtisadiyyatına 300 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir.
Cənubi Qafqaz iqtisadiyyatının təqribən 60 faizi Azərbaycanın payına düşür.
Konfransda Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov, Türkiyənin ticarət naziri Mehmet Muş, Qazaxıstanın milli iqtisadiyyat naziri Aset İrgaliyev, Qırğız Respublikasının iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak, Türk Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu çıxış ediblər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev isə Konfrans iştirakçılarına videomüraciət edib.
Tədbir çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:25 / 12.11.2021
Türk dövlətlərinin iqtisadiyyat nazirləti İstanbulda bir araya gəldi - FOTO
Hazırda oxunan: Türk dövlətlərinin iqtisadiyyat nazirləti İstanbulda bir araya gəldi - FOTO
Hazırda oxunan: Türk dövlətlərinin iqtisadiyyat nazirləti İstanbulda bir araya gəldi - FOTO
45676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.