Vüqar Bayramov: “Zəngəzur dəhlizi Türk Şurasının əsas müzakirə mövzusu olacaq”

Hazırda oxunan: Vüqar Bayramov: “Zəngəzur dəhlizi Türk Şurasının əsas müzakirə mövzusu olacaq”

45673

Bu gün İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabından yazdığı statusda Zirvənin önəmindən bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasının yeni adı necə olacaq? – İstanbuldan xoş xəbərlər gəlir


Deputatın fikrincə, Zirvə türkdilli ölkələr arasında əməkdaşlığı daha da genişləndirəcək:

“Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.

Vüqar Bayramov Zəngəzur dəhlizinin türkdilli ölkələrin iqtisadi inkişafı üçün önəmini də qeyd edib:

“Ötən Zirvə görüşündə qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını xüsusi müzakirə olunmuşdu. Azərbaycanın Vətən Müharibəsindəki Zəfərindən sonra regiondakı düzən də dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq”.
 

Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər.


Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin