Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun növbəti matçları keçiriləcək.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma gerçəkləşəcək.
C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gələcək. Qalib komanda mundiala vəsiqə qazanmağa daha da yaxınlaşacaq. Qrupun digər görüşündə Litva Şimali İrlandiyanın qonağı olacaq.
F qrupunda Danimarka seçməsi DÇ-2022-də yerini vaxtından əvvət təmin edib. Şotlandiya Moldova səfərində 3 xal qazansa, Avstriya - İsrail qarşılaşmasının nəticəsindən asılı olmayaraq, qrupda ikinci pilləni rəsmiləşdirəcək.
I qrupunda isə İngiltərə mundiala vəsiqə qazana bilər. Britaniyalılar bunun üçün Albaniyanı məğlub etməli və Polşanın Andorra səfərində büdrəməsini gözləməlidir.
DÇ-2022, seçmə mərhələ
IX tur
12 noyabr
C qrupu
23:45. Şimali İrlandiya - Litva
23:45. İtaliya - İsveçrə
Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 14 (6), Bolqarıstan - 8 (7), Şimali İrlandiya - 5 (6), Litva - 3 (7)
F qrupu
21:00. Moldova - Şotlandiya
23:45. Danimarka - Şimali İrlandiya
23:45. Avstriya - İsrail
Xal durumu: Danimarka - 24, Şotlandiya - 17, İsrail - 13, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1
I qrupu
23:45. Andorra - Polşa
23:45. Macarıstan - San Marino
23:45. İngiltərə - Albaniya
Xal durumu: İngiltərə - 20, Polşa - 17, Albaniya - 15, Macarıstan - 11, Andorra - 6, San Marino - 0.
Bizim.Media