Bu gün Türkiyənin İstanbul şəhərində Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı baş tutacaq.
Bizim.Media xəbər verir ki, iclasa Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyevin qatılacağı gözlənilir.
Tarixi zirvədə Türkmənistan müşahidəçi olaraq təşkilata qoşulacaq, üçüncü ölkələr və qurumlarla əlaqələr müəyyənləşəcək, təşkilatın gələcəyi ilə bağlı qərarlar qəbul ediləcək.
Ölkə liderləri, həmçinin regional və beynəlxalq iqtisadi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq fikrindədirlər.
Sədrlik zirvə toplantısında Azərbaycandan Türkiyəyə keçəcək.
Bizim.Media