Saakaşvilinin partiyasının sədri Bizim.Media-ya danışdı: "Qarşıdurma var..."

Hazırda oxunan: Saakaşvilinin partiyasının sədri Bizim.Media-ya danışdı: "Qarşıdurma var..."

45605

Son zamanlar Gürcüstanda baş verən hadisələr əksər ölkələrin mətbuatında əsas gündəmdir.

Bizim.Media xəbər verir ki, hazırda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları və Milli Hərəkat Partiyasının üzvləri Tbilisi küçələrində onun azad olunması üçün etiraz aksiyaları keçirir. 

Milli Hərəkat Partiyasının liderlərindən biri Nika Meliya özəl olaraq Bizim.Media-ya danışıb. O, bildirib ki, ölkədə baş verən proseslər Rusiya ilə Qərb arasında gedən qarşıdurmanın nəticəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilinin rəqibləri Tbilisidə mitinq keçirəcək


“Bu, iki sivilizasiyanın - Rusiya və ya Qərbin qarşıdurmasıdır. Burada baş verənlər əxlaq və əxlaqsızlığın, keçmiş və gələcəyin seçimi, siyasi, yoxsa obyektiv məhkəmə sistemi, tərəqqi və ya repressiya, çiçəklənən ölkə, yoxsa yoxsulluq arasında gedən mübarizədir. İnsanlar oliqarxiya ilə demokratiya arasında seçim etməlidir. Bu, əsl mübarizədir”.

Əməkdaşımızın, “sizin etiraz aksiyalarına konkret olaraq ABŞ-ın dəstəyi olduğu deyilir, ABŞ dövlət katibinin köməkçisi də artıq bir neçə gündür ki, Tbilisini tərk etmir, onlar sizə zəmanət verirmi” sualına cavab olaraq N.Meliya bildirib ki, bu mübarizədə əsas aparıcı qüvvə xalq, cəmiyyət olaraq qalır:

“Bu mübarizədə iki tərəf var – Doğru və yalan. Heç bir tərəfə də tam zəmanət yoxdur. Burada  xalqın mübarizəsi var." 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin