“Rus sülhməramlıları Azərbaycanı təcili tərk etməlidir” – Tural Abbaslıdan ÇAĞIRIŞ

Hazırda oxunan: “Rus sülhməramlıları Azərbaycanı təcili tərk etməlidir” – Tural Abbaslıdan ÇAĞIRIŞ

45579

“Rus sülhməramlıları bu əraziyə yerləşəndən özlərinin sülhməramlı missiyasının nümayəndələri kimi deyil, işğalçı qüvvələr kimi aparırlar. Yəni burada iki istiqamətdə işğalçı fəaliyyəti həyata keçirilir. Separatçı ermənilərin orada yerləşməsinin təşkilinin, onların həyat və şəraitinin yaxşılaşdırılması istiqamətində addımların atılması, yolların, suların çəkilməsi, hətta məktəblərə kitab paylamaları sülhməramlıların missiyasına ziddir. Onların əsl işləri sərhəddə yerləşib yerli azərbaycanlı və ermənilərin arasında hər hansə bir konfliktin baş verməməsinin qarşısını almaqdır.”

Bu sözləri Bizim.Media açıqlamasında Ağ partiyanın başkanı Tural Abbaslı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdakı rus sülhməramlıların komandanı DƏYİŞİR – Kosobokovu o əvəzləyəcək - FOTO


O, keçən gün sülhməramlıların Xocalıda “Rusiya Şöhrət Xiyabani” açmasını siyasi əxlaqsızlıq adlandırıb:

“Ancaq sülhməramlılar Azərbaycan ərazilərində özlərinə yuva salmaqla məşğuldurlar. Xocalıda Dostoyevski, Lermontov, Puşkin daxil 10 yazıçının büstlərinin qoyulduğu "Rusiya Şöhrət Xiyabanı" açırlar. Keçmiş kontinqentin başçısı Rüstəm Muradov özünü general qubernator sayıb, açılış edir. Bunların hamısı o deməkdir ki, sülhməramlılar burada özlərini ermənilərdən belə qatı işğalçı kimi aparırlar. Onların bu hərəkətləri bütün beynəlxalq və üçtərəfli bəyanatın normalarına ziddir”.

Tural Abbaslı Rus sülhməramlılarının Laçın dəhlizində etdikləri özbaşınalıqdan da danışıb.

“Orada da rus sülhməramlıları xəritləri istəyən hər kəsi dəhlizdən buraxırlar və onları Qarabağ ərazisinə keçməyə təmin edirlər. Bu məsələ birmənalı olaraq Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Məsələn, bu yaxınlarda Ermənistanın Xarici işlər naziri, Sarkisyan, Köçəryan özbaşına Qarabağa səfər ediblər. Ona görə də həmin rus sülhməramlılarına ultimatum verilməlidir. Onlar ya üçtərəfli bəyannamənin müddəalarına əməl etməlidirlər, ya da ərazini tərk etməlidirlər”. 

Partiya sədri təklif edib ki, sülhməramlıları ölkə ərazisindən çıxarmaq üçün Azərbaycan tezliklə diplomatik və hüquqi addımlar atmalıdır: 

“Biz bu məsələni beynəlxalq müstəviyə çıxarıb, onların bizim ərazilərimizi tərk etməyinə nail olmalıyıq. Bu işdə Türkiyənin müdaxiləsini daha da genişləndirmək lazımdır. O, bizim güclü müttəfiqlərimizən biridir. Biz sülhməramlıların özbaşınalığına göz yumsaq, 15-20 il sonra bizim uşaqlarımız da ermənilərlə döyüşməli olacaqlar. Nə qədər ki, gec deyil, sülhməramlılar bizim əraziləri təcili tərk etməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin