Bir neçə gün əvvəl anasını itirən müğənni Zenfira İbrahimovanın sosial şəbəkələrdə apardığı toy məclisindən video görüntülər yayılıb. Onun Rusiyada toy məclislərindən birində olduğu qeyd edilir.
Belə ki, anasını itirən müğənninin bu davranışı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Bizim.Media olaraq məsələni dəqiqləşdirmək üçün Zenfira İbrahimova ilə əlaqə saxlamağa çalışdıq.
MÖVZU İLƏ BAĞLI:
Anasını itirən Zenfiranın toydan görüntüləri yayıldı - VİDEO
Lakin telefonumuzu prodüseri cavabladı. O, xəbəri təkzib edərək, bu xəbəri yayımlayanları qınadı:
“Səviyyəsiz insanlardır. Köhnə videonu təzə adla yayımlayıblar. O, toya getməyib”.
“Bəs onda niyə telefonu Zenfira xanımın özündə deyil, nədən özü danışmır?” sualına isə prodüseri onun rayona getdiyini, anasının cümə mərasimi ilə bağlı başının qarışıq olduğunu səbəb göstərdi.
Nə deyək, başınız sağ, toylarınız isə çox olsun. Zenfira xanım...
Bizim.Media