Yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 41,9 milyard manatlıq məhsul istehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % çoxdur.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20% artıb.
10 aylıq sənaye məhsulunun 63,1 %-i mədənçıxarma sektorunda, 31,3 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:47 / 11.11.2021
Sənaye məhsullarında 5 faiz artım olub – RƏSMİ
Hazırda oxunan: Sənaye məhsullarında 5 faiz artım olub – RƏSMİ
Hazırda oxunan: Sənaye məhsullarında 5 faiz artım olub – RƏSMİ
45545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.