Koronavirusa yoluxan həbsdəki sabiq icra başçısından XƏBƏR VAR

Hazırda oxunan: Koronavirusa yoluxan həbsdəki sabiq icra başçısından XƏBƏR VAR

45468

Xəbər verdiyimiz kimi, bəzi saytlarda hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətinin ağır olması ilə bağlı məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyindən sözügedən məlumatlarla bağlı açıqlama verilib.

“Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı 1958-ci il təvəllüdlü M.Quliyev iki ay əvvəl koronavirusa yoluxub.

O, hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyindən təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilib və orada iki ay müddətində, o cümlədən süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Həbsdə olan sabiq icra başçısının vəziyyəti PİSLƏŞDİ 


Peşəkar həkim heyətinin səyləri nəticəsində həyatı xilas edilərək bir həftə öncə reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

Koronavirusdan tam sağalmış M.Quliyevin ümumi reabilitasiya tədbirləri üçün mülki sektorda adi bərpaedici müalicəyə cəlb olunub", - deyə nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin