Qarabağla bağlı Azərbaycan-Ermənistan görüşü keçiriləcək

Hazırda oxunan: Qarabağla bağlı Azərbaycan-Ermənistan görüşü keçiriləcək

4541

Azərbaycan və Ermənistan tərəfi Qarabağ nizamlanması ilə bağlı görüş keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bildirib.

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda bölgəyə səfərini, habelə vasitəçilərlə xarici işlər nazirləri arasında məsləhətləşmələrin başlanmasını gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlaması üçün zəmin yaradılacaq ",- Ayvazyan əlavə edib.

Nazirin sözlərinə görə, İrəvan və Bakı arasında hərtərəfli danışıqlar Qarabağ münaqişə zonasında vəziyyətin sabitləşməsindən sonra başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin