Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, səfir rəsmi tviter səhifəsində etdiyi paylaşımda tərəfləri müddəalara riayət etməyə çağırıb.
“Hərbi əməliyyatların dayandırılmasından bir il sonra bütün azərbaycanlıları və erməniləri onilliklər boyu mövcud olmuş inamsızlığı və nifrəti arxada qoymağa çağırıram. Üçtərəfli bəyanat barışıq və transsərhəd əməkdaşlıq öhdəliyi yaradır”, - deyə səfir vurğulayıb.
Bizim.Media
One year after the cessation of hostilities, I encourage all Azerbaijanis and Armenians to overcome decades of mistrust and hatred. The Trilateral Declaration obliges to reconciliation and cross-border cooperation.
— Ambassador Dr. Wolfgang Manig (@GerAmb_Baku) November 10, 2021