Bu il sahibkarlara 113 milyon manat maliyyə dəstəyi göstərilib – İqtisadiyyat naziri 

Hazırda oxunan: Bu il sahibkarlara 113 milyon manat maliyyə dəstəyi göstərilib – İqtisadiyyat naziri 

45397

Bu il 108 minədək fərdi sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ki, ötən il və bu il pandemiya ilə bağlı olan dəstək paketi bu il  iqtisadi artımın sürətləndirilməsinə öz müsbət təsirini göstərib. 

Mikayıl Cabbarov özəl sektordan vergi daxlolmaların sürətinin  daha yüksək olduğunu deyib:

“Bunun ümumi daxilolmalarda çəkisi 57 %-ə çatıb. İqtisadi artımın sürətlənməsi ilə yanaşı vergidən yayınma ilə mübarizə də vergi daxilolmalarının proqnozdan çox olmasına səbəb olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin