Tofiq Zülfüqarov Armen Qriqoryana qarşı - Berlində görüş olacaq

Hazırda oxunan: Tofiq Zülfüqarov Armen Qriqoryana qarşı - Berlində görüş olacaq

45372

Bu gün Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və ABŞ-ın Lixay Universitetinin professoru Armen Griqoryanın iştirakı ilə “Bir il sonra: Azərbaycan və Ermənistan arasında postmüharibə dönəmində gələcəyin qurulması” mövzusunda konfrans keçiriləcək.

Bizim.Media xəbər verir ki, konfrans zoom platforması üzərində təşkil olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL


Konfransın əsas məqsədi isə, 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatından bu günə qədər olan bir illik müddət ərzində Azərbaycanla Ermənistan arasındakı münasibətlərdəki tərəqqini və qarşıda duran maneələri müzakirə etməkdir.

Əsas diqqətdə olan məsələ isə, gələcəkdə iki ölkə arasında əməkdaşlıq, iqtisadi əlaqələr və sülhün təmin olunması imkanlarının nəzərdən keçirilməsidir.

Qeyd edək ki, konfrans “Restart İnitiative”- in təşkilatçılığı ilə baş tutacaq və qurumun icracı direktoru Janın Mitçel müzakirələrə moderatorluq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Ermənistan və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi və davamlı sülhə nail olmaq istiqamətində qarşılıqlı müzakirə mühitinin formalaşdırılması üçün “ReStart” təşkilatı yaradılmışdır. Tiflis şəhərində qeydiyyatdan keçmiş, baş ofisi Berlin şəhərində yerləşən “ReStart” təşkilatı qeyri hökümət təşkilatıdır. Təşkilatın İcraçı direktoru ABŞ vətəndaşı olan Janin Mitçeldir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin