Onlara arvadlarını çayda boğmağa icazə verilir – Nikahla bağlı 20 FAKT

Hazırda oxunan: Onlara arvadlarını çayda boğmağa icazə verilir – Nikahla bağlı 20 FAKT

45314

Dünyadakı insanların əksəriyyəti üçün ailəsində xöşbəxtlik, firəvanlıqdan önəmli heç nə yoxdur. Qədim zamanlardan bəri insanlar nikah məsuliyyətlərini öz üzərinə götürüb. O vaxtlar sənəd imzalamaq kimi prosedurlar olmasa da, məsuliyyət olub.

Bizim.Media evlilik həyatı barədə maraqlı faktlar toplayıb.

Təqdim edəcəyimiz 20 fakt həm ailəli, həm də nikaha girmək istəyənlər üçün maraqlıdır:

1.Ailə həyatı ilə bağlı streslər insan sağlamlığına mənfi təsir edir. Belə ki, immun sisteminin xəstəliklərə müqavimət bacarığı 10-15 faizə düşür.

2.Qohum və dostların ailə həyatına mütəmadi müdaxiləsi boşanma ehtimallarını 36 faizə qaldırır. Məsud ailələrin təxminən 85 faizi problemlərini özləri həll edir.

3.Britaniyalı ailə psixoloqları iddia edirlər ki, ailəvi səhər və şam yeməkləri uşaqların proqresivliyini 25 % çoxaldır. Belə ailələrin övladları təhsil və iş həyatında uğur qazana bilirlər. 

4. Statistikaya görə, iş yoldaşı ilə ailə quranların 75 %-i boşanır.

5.İtaliyada nikaha yeni girmiş cütlüklər toyda qədəh sındırırlar. Əsas iş isə qırıntıları saymaqdır. Belə ki, italyan inancına görə qırıntının sayı qədər xöşbəxt ailə illəri olur.

6.Orta statistik informasiyaya görə, 3 ildən çox ailəli olan cütlüklər il ərzində təxminən 60 dəfə sekslə məşğul olurlar. Çünki ailə qurandan sonra sevişmək sayı hər il 20 % aşağı düşür.

7.Tibb alimlərinin fikrincə, xöşbəxt ailədə ər, yaxud arvadın piylənmə şansı 37 % artır. 

8.Müasir toy mərasimlərinin bəylə gəlinin öpüşü ilə yekunlaşmaq adəti qədim Yunanıstana dayanır. Belə ki, qədim Yunanıstanda hamının içində öpüşmək cütlüyün ailə qurmasını təsdiqləyən yeganə element olub.

9.Dini və irqindən asılı olmayaraq insanların çoxu ailə qurana qədər minimum 5-6 dəfə aşiq olur, sevir. 

10.Hər il ABŞ-da ailə problemlərinə görə işçilər arasında əmək qabiliyyətininin azalması amerikan şirkətlərə 6 milyard dollar ziyan vurur. Xöşbəxt ailə mənsubları isə 45 % daha fəal və faydalı işləyirlər.

11.Subaylardan fərqli olaraq evli kişilər həyatı ərzində daha çox pul və səhm toplaya bilir.

12.Babilistan dövründə kişilərin uşaq doğa bilməyən qadınları tərk etmək, qovmaq hüququ olub. Əgər xanımları xəyanət etsəydilər, kişilərə ixtiyar verilirdi ki, arvadlarını çayda boğsunlar.

13.Bir neçə övladı olan ailələr gün ərzində bir-birinə təxminən 10 dəqiqə vaxt ayıra bilirlər.

14.Dünyadakı nikahların 35 faizindən çoxunda cütlüyə daxil şəxslərdən biri daha əvvəl nikahda olmuş insandır. Bunu təsdiqləyən digər fakt boşanan insanların 65 faizindən çoxunun təkrar nikaha girməsidir.

15.Ailə böhranı əsasən nikahın 4, 5, 6, 7 və 8-ci illərində yaşanır. Dünyadakı boşanmaların yarısı nikahın 7-ci ilinə aiddir.

16.Qeyri-adi araşdırmaların birinə görə, bürünc medal alan idmançıların ailə həyatı gümüş və qızıl medalçıların nikahından daha xöşbəxtdir.

17.Skandinaviya ölkələrində ərlə arvad eyni dərəcədə gəlir əldə edirlər. Digər ölkərdə isə daha çox kişi qazanır.

18.Evlərində it və ya pişik saxlayan uşaqlı ailələrdə qalmaqal çox az olur. Bununla yanaşı, heyvan sahiblərində ürək xəstəliklərinə nadir halda rast gəlinir.

19.Hazırda 16-dan çox ölkədə eynicinslilər nikaha girə bilir. 

20.Tibb araşdırmaları təsdiqləyib ki, depressiya əleyhinə dərmanların qəbulu ailə həyatına ziyandır. Məsələ orasındadır ki, antidepressantların çoxu serotonin səviyyəsini qaldırır. Bu isə insanları laqeydləşdirməyə qadirdir. Söhbət bütün emosiyalardan gedir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin