“Gürcüstanda çətin və gözlənilməz situasiyadır” – Gia Xuxaşvilidən ÖZƏL

Hazırda oxunan: “Gürcüstanda çətin və gözlənilməz situasiyadır” – Gia Xuxaşvilidən ÖZƏL

45300

“Vahid Milli Hərəkat Partiyasının qadağan olunması mümkünsüzdür”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında Gürcüstan Eskpertlər Klubunun üzvü Gia Xuxaşvili bildirib.

Onun fikrincə, baş verənlər siyasi ritorikadır:

“Çətin və gözlənilməz situasiyadır”.

Qeyd edək ki, Mixeil Saakaşvili Gürcüstana qayıdandan sonra həbs olunub və bu, onsuz da gərgin seçki vəziyyətini bir qədər də çətinləşdirib. Hazırda gürcü müxalifəti təkrar seçkilərdən bəhs edir, çünki səsvermədə müxtəlif qanun pozuntularına yol verildiyini iddia edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Oktyabrın 30-da Gürcüstanda nə baş verəcək? – Gia Xuxaşvilidən ÖZƏL: “Vəziyyət gərgindir”


Bunu saytımıza eksklüziv açıqlamalarında Milli Hərəkat Partiyasının Marneuli bələdiyyə üzvlərindən olan Nərgiz Əliyeva, Gürcüstanın eks spikeri Nino Burcanadze də xatırladıb. Politoloqun vurğuladığı çətin məsələ isə müxtəlif məsələlərlə bağlıdır:

•”Pirveli” telekanalı İvanişvilinin Gürcüstandan Cənubi Koreyaya köçməyə hazırlaşdığı barədə reportaj hazırlayıb.

•Saakaşvili mülki hospitala yox, məhbus klinikasına köçürülüb. Bu səbəbdən hətta Kiyevdən Tbilisiyə nota ünvanlanıb. 

•Mixeilin sözügedən tibb məntəqəsinə yerləşdirilməsini təsdiqləyən rəsmi sənəd yoxdur. Baş İnspeksiya araşdırma aparır.

•Gürcüstanın ombudsmanı Nino Lomcariya Saakaşvilinin köçürüldüyü xəstəxanada bəzi lazımi avadanlıqların olmadığını və eks prezidentin tibb məntəqəsinə aldadılaraq gətirildiyini etiraf edib. Hətta zorla köçürüldüyü versiyaları da var.

•Gürcüstan müxalifəti isə etiraz aksiyalarını davam etdirir.

Bu arada Tbilisi şəhər məhkəməsi məhkəmə iclasında Saakaşvilinin də iştirakını tələb edib. Müstəqil müxalif deputat olan David Bakradze isə bildirib ki, “Saakaşvili vətəndaş xəstəxanasına yerləşdirilsə, müxalifət həmin klinika yaxınlığında aksiya keçirtməyəcəyinə söz verir”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin