Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün 2022-ci ilin dövlət büdcəsindən 58,6 milyon manat məbləğində vəsait nəzərə alınır.
Bizim.Media xəbər verir ki, bu “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın turizm potensialı Türkiyədə tanıdıldı
Həmin vəsaitdən regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün iki xərc bölməsi üzrə - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət bölməsinə 2,5 milyon manat, iqtisadi fəaliyyət bölməsinə 56,1 milyon manat, ondan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12 milyon manat ayrılacaq.
Xatirə, Bizim.Media