İvanişvili təcili Gürcüstanı tərk edir: “Beş il qayıtmayacam” - VİDEO

Hazırda oxunan: İvanişvili təcili Gürcüstanı tərk edir: “Beş il qayıtmayacam” - VİDEO

45293

“Gürcü arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili Gürcüstanı tərk etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunula bağlı “TV Pirveli” reportaj da hazırlayıb. 

Həmçinin “newsgeorgia.ge”nin da məlumatında dekabrın ikinci yarısında İvanişvilinin Cənubi Koreyaya köçəcəyi yer alıb. Təxminən ilyarım qabaq onun 26 yaşlı oğlu Bera da ailəsi ilə birgə Cənubi Koreyaya yerləşib.
 

MÖVZU İLƏ BAĞLI:

İvanişvili milyarderlər siyahısından çıxarıldı - SƏBƏB


İvanişvilinin digər övladları da çoxdandır ki, Gürcüstanda yaşamır:

⦁ Oğulları Çotne və Uta Fransadadır.

⦁ Qızı Qvança ABŞ-da təhsil alır. (Bu ad gürcü dilində gülün qönçəsi deməkdir, yəni Qönçə)

“Nodar Meladzenin şənbəsi” proqramında İvanişvilinin Tbilisidə Tambori dağındakı iqamətgahının dronla çəkilmiş görüntüləri yayılıb.

Kadrlardan da sezilir ki, iqamətgah aylardır ki, baxımsız haldadır. Ot örtüyünə qulluq olunmur, süni şəlalə və ventilyasiya sistemi işləmir. Arxa həyətindəki göl də quruyub.
 

Sujetin müəllifinin sözlərinə görə, 256 milyon larilik (137 milyon 625 min 600 manat) iqamətgah solub, yiyəsiz qalıb. Ev əşyalarının da daşınacağı gözlənilir. 


Ötən il İvanişvili siyasətdən gedərkən vaxtının çox hissəsini doğma kəndi Çorvila və Gürcüstanın qərbindəki Saçhere iqamətgahlarında keçirib. “Pirveli” çəkilişləri ilə İvanişvilinin evindəki səliqəsizliyi də nümayiş etdirib. Hətta bağın mühafizəçisi də ağzından qaçırıb ki, yük maşınları gəlməlidir. 

Bu iqaməthalardan əlavə İvanişvilinin digər rezidensiyası Batumdan 30 km aralıda yerləşən Şekveteli qəsəbəsindədir. Lakin oradan görüntülər videomaterialda yer almayıb. 

Xatırladaq ki, 64 yaşlı Bidzina İvanişvili parlament seçkilərindən bir neçə ay sonra siyasətdən getdiyini elan edib. 2012-ci ildən bəri parlamentdə çoxluq təşkil edən “Gürcü arzusu” partiyasının sədri vəzifəsindən də gedib.
 

Yanvarın 11-də yayılan məktubunda İvanişvili missiyasını yerinə yetirdiyini və 2011-ci ilə qədərki həyatına qayıdacağını bildirib. Siyasətdən getməklə o, Gürcüstan biznesindən də gedişinin anonsunu verib. Bidzina ictimaiyyət arasında sonuncu dəfə bələdiyyə seçkilərinin ikinci turunda – 30 oktyabr tarixində görünüb. 


Gürcüstan cəmiyyəti isə İvanaşvilinin müxtəlif bəyanatlarına rəğmən ölkənin onun iradəsi altında idarə edildiyini söyləyir.

Videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin