Argentina millisi qarşıdan gələn dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlığa başlayıb.
Bizim.Media komandanın "Twitter" səhifəsinə istinadən xəbər verir ki, ilk məşqdə Fransanın PSJ klubunun hücumçusu Lionel Messi də iştirak edib.
Xatırladaq ki, Messi dizindən zədə alıb. 34 yaşlı futbolçunun Uruqvayla oyunda iştirakı sual altındadır.
Uruqvay - Argentina oyunu noyabrın 13-də, Braziliya - Argentina matçı isə noyabrın 17-də keçiriləcək.
Bizim.Media
#SelecciónMayor Los futbolistas que conduce @lioscaloni se entrenaron esta tarde en #Ezeiza.
— Selección Argentina ?? (@Argentina) November 8, 2021
Primera jornada se trabajos pensando en el partido ante @AUFOficial. #ArgentinoSoy ?? pic.twitter.com/cki7IyNMTX