“Saakaşvili öldürüləcək” - Tbilisi Saakaşvili ilə bağlı Kiyevin notasına niyə REAKSİYA VERMƏDİ? - QALMAQAL  

Hazırda oxunan: “Saakaşvili öldürüləcək” - Tbilisi Saakaşvili ilə bağlı Kiyevin notasına niyə REAKSİYA VERMƏDİ? - QALMAQAL  

45269

Noyabrın 8-də Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya oğlunun dəqiq harada olması barədə hökumətdən informasiya tələb edib.

Bizim.Media xəbər verir ki, Gürcüstanın Xüsusi Penitensiar Xidməti Saakaşvilinin 12 nömrəli Rustavi cəzaçəkmə müəssisəsindən məhbuslar üçün 18 nömrəli tibb məntəqəsinə köçürüldüyü barədə məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili həbsxanada əşyalarını belə toplayır – ANBAAN VİDEO


Saakaşvilinin anası isə narazıdır:

“Məni və nəvələrimi müxtəlif bəhanələrlə onun yanına buraxmadılar. Dünən aydın oldu ki, Saakaşvili Rustavi həbsxanasında deyil”.

Bundan sonra hadisələr bu cür inkişaf eidb:

1. Noyabrın 8-i gecə saatlarında Ukrayna XİN Gürcüstan hökumətinə nota verib və çağırış edib ki, Mixeil Saakaşvili mülki xəstəxanaya köçürülsün. Notaya səbəb isə Saakaşvilinin məhbuslar üçün tibb məntəqəsinə yerləşdirilməsinin Kiyevlə razılaşdırılmadan həyata keçirilməsidir. Rəsmi Kiyevin fikrincə Gürcüstan hökuməti bu yolla Saakaşvilini aradan götürmək niyyətindədi. 

2. Cəza çəkənlər üçün tibb məntəqəsində Saakaşvilini ziyarət edən Gürcüstanın ombudsmanı Nino Lomcariya bildirib ki, “Mixeil onun məhbuslar üçün tibb məntəqəsinə aparıldığını bilmirdi.

Düşünürdü ki, şəhər klinikasına yerləşdiriləcək”. Lomcariya əlavə edib ki, hazırkı tibb məntəqəsinə onu zor gücünə gətiriblər. Həmçinin köçürülməsi barədə rəsmi sənəd də təqdim olunmayıb. Bununla bağlı Baş İnspeksiya da araşdırmaya start verib. 

3. Noyabrın 9-na olan informasiyaya görə, Saakaşvili həbsxana klinikasında tibbi yardım almaqdan imtina edib. Onun hazırda yerləşdirildiyi 18 nömrəli tibb məntəqəsi Tbilisi ətrafındadır.

4. Yüzlərlə Saakaşvili tərəfdarı Gürcüstan Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar nəinki Saakaşvilinin məhbuslar üçün klinikaya köçürülməsinə etiraz edir, həm də Mixeilin azad olunmasını tələb edirlər.

Bununla yanaşı “Vahid Milli Hərəkat”çıların tələbləri arasında Saakaşvili azadlığa buraxılandan sonra ədalətli parlament seçkilərinin keçirilməsi də var. 

5. Gürcüstan ictimaiyyəti isə baş verənlərədn bərk narahatdır. Belə bir fikir dolaşır ki, “Saakaşvili öldürüləcək”. Amma gürcü ekspertlərin fikirncə, bu mümkün deyil, çünki hakimiyyət buna görə xalq tərəfindən daş-qalaq edilə bilər.
 

Əgər Saakaşviliyə bir şey olsa, Gürcüstanda baş verə biləcəklərin qarşısını almağa heç kim qadir olmayacaq.


Belə bir qarmaqarışıq bir dönəmdə isə Gürcüstanın indiki prezidenti Salome Zurabişvili Kipr Respublikasında (yunan) rəsmi səfərdədir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin