ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Təmas yaradın”

Hazırda oxunan: ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Təmas yaradın”

45242

Bazar ertəsi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümü münasibətilə ABŞ Dövlət Departamenti Bakı və İrəvana təmasların intensivləşdirilməsinin zəruriliyinə işarə vurub. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Yerevan Today” Telegram kanalı yayıb.

“Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət Cənubi Qafqazda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəsin  ildönümünü qeyd edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtondan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: “Danışıqlara qayıdın”


Biz Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsi ilə bağlı bu və ya digər şəkildə həll olunmamış bütün məsələlərin hərtərəfli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq”. Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays belə deyib.

ABŞ Dövlət Departamenti ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, əsirlərin tam dəyişdirilməsinin, itkin düşənlərin qeydiyyatının, müvəqqəti köçkünlərin geri qaytarılmasının, münaqişədən təsirlənmiş ərazilərin minalardan təmizlənməsinin və ehtiyacı olanlara humanitar yardımın təmin edilməsinin vacibliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin