“Delimitasiyadan sonra Qarabağ Azərbaycanın tərkibində olacaq” – Robert Köçəryandan ANONS

Hazırda oxunan: “Delimitasiyadan sonra Qarabağ Azərbaycanın tərkibində olacaq” – Robert Köçəryandan ANONS

45232

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı qarşıdakı prosesdə ciddi risklər gördüyünü açıqlayıb.

Bizim.Media “armeniasputnik.am” nəşrinə istinadən xəbər verir ki, Köçəryan “Hayastan” blokunun İrəvandakı mitinqində qeyd edib ki, delimitasiya əslində Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağın anklav vəziyyətinin fiksasiyası deməkdir:

“Bu, baş verərsə, o zaman növbəti addım Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Robert Koçaryan: "Azərbaycan erməni ordusunun başını kəsdi"


Eks-prezident ehtiyat edir ki, delimitasiya başqa həll və variant buraxmayacaq.

Sabiq dövlət başçısı vurğulayıb ki, delimitasiyadan sonra Azərbaycan istənilən vaxt öz sərhədçilərini Ermənistan Respublikası ilə Dağlıq Qarabağı birləşdirən yolda yerləşdirmək, gömrük məntəqələri yaratmaq və yolda nəqliyyatın hərəkətini tam nəzarətə götürmək üçün hüquq baza əldə edəcək:

“Azərbaycan artıq bunu Ermənistanı İranla birləşdirən Qorus-Qafan yolunda edir”.

Köçəryan hakimiyyəti keçənilki təslim sənədinin əbədi imzalanmasına icazə verməməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin