Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmob keçirilib.
Bizim.Media xəbər verir ki, Tbilisinin mərkəzi Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz - Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.
Parkdakı “Sülh körpüsü”nün yanında Azərbaycan musiqisi səsləndirilib. Parka toplaşanlar Azərbaycan mahnılarına rəqs edib, birgə mahnılar ifa ediblər.
Bu gün, eyni zamanda, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti qayığı Tbilisinin mərkəzində, Kür çayı boyunca hərəkət edib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb.
Bizim.Media