“İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard ABŞ dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Energetika sektoruna gəldikdə bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək. Və bu, şübhəsiz İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək. Humanitar sahə ilə bağlı da bizim böyük planlarımız var. Bir çox artıq reallaşan layihələrimiz var”, - Prezident əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:45 / 07.12.2020
İlham Əliyev: "TAP İtaliya-Azərbaycan əlaqələrini möhkəmləndirəcək"
Hazırda oxunan: İlham Əliyev: "TAP İtaliya-Azərbaycan əlaqələrini möhkəmləndirəcək"
Hazırda oxunan: İlham Əliyev: "TAP İtaliya-Azərbaycan əlaqələrini möhkəmləndirəcək"
4519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.