Xaçmazda Zəfər Parkının AÇILIŞI OLUB 

Hazırda oxunan: Xaçmazda Zəfər Parkının AÇILIŞI OLUB 

45165

Şovinist Ermənistan Ordusuna Vətən Müharibəsində  layiqli cavab vermiş  Azərbaycan bu gün tarixi Zəfər gününü  qeyd edir.  

Bizim.Media xəbər verir ki, belə bir əlamətdar gündə Xaçmaz şəhərində Zəfər parkının açılışı baş tutub. Açılışdan əvvəl Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilib. 

Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsilə başlayıb.
 

Azərbaycanın suverenliyi və azadlığı uğrunda həyatını qurban verən  bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılışda rəsmilər, şəhid və qazi ailələri və kənd sakinləri iştirak edib.  


Şəhid Kərəm Veysovun anası Nərgiz Veysova çıxışında oğlunun Vətən Müharibəsində könüllü iştirak etməsini, Şuşa  uğrunda qəhrəmanlıqla şəhid olmasını həm kövrəkliklə,həm qürurla danışıb.

Şəhid anası çıxışında şəhid ailələrinə  göstərilən diqqətə görə ölkə və rayon rəhbərliyinə təşəkkür edib. 

Sonra əllərində şəhidlərin portretlərini tutmuş məktəblilər vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər. Qarabağın  dahiləri  Xanqızı Natəvan, Molla Pənah Vaqif və digərləri rəmzi olaraq tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin