Müğənni Xuraman Şuşalının səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi axşam.az-a açıqlamasında deyib. O bildirib ki, koronavirusa yoluxandan sonra bir çox problemlə üzləşib:
"Koronavirusdan sonra ciyərlərimi, immunitetimi gücləndirmək üçün Duzdağa getdim. Bütün orqanizmimi yenidən gücləndirmək üçün orada qaldım.
İndi başgicəllənməm var. Getdim yoxlamadan keçdim, sağlamam. Həkimlər dedi ki, heç nə yoxdur. Bəs bu nədir? İndi müalicə edirəm".
Bizim.Media