Şəhid anasından nümunəvi addım: Onlara verilən 10 mini orduya bağışladı - FOTO

Hazırda oxunan: Şəhid anasından nümunəvi addım: Onlara verilən 10 mini orduya bağışladı - FOTO

4507

Azərbaycanda şəhid ailəsi dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsində şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini, şəhid Zülfüqarov Məlik Kamran oğlunun ailəsinə 10 min manat məbləğində birdəfəlik yardım ayrılıb.

Şəhidin anası həmin vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Qeyd edək ki, 19 yaşlı M.Zülfüqarov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin