Xəbər verdiyimiz kimi, VIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində səfərdədir.
Bizim.Media xəbər verir ki, qonaqlar şəhərlə tanış olublar Azərbaycanın mədəni irsi baxımından əhəmiyyət kəsb edən bütün yerlərə səfər ediblər.
Qonaqlar Şuşanın 30 ilə yaxın işğalda məruz qaldığı bütün dağıntıların, vandalizmin şahidi olublar.
Eləcə də Vətən müharibəsi nəticəsində Şuşanın azad edilməsindən sonra mədəniyyət və tarixi abidələrin bərpası istiqamətində quruculuq işləri ilə tanış olublar.
Səfər çərçivəsində qonaqlar, həmçinin Şuşada Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər.
Bizim.Media