Sabah Bakıda Zəfər Günü münasibətilə yürüş və atəşfəşanlıq olacaq

Hazırda oxunan: Sabah Bakıda Zəfər Günü münasibətilə yürüş və atəşfəşanlıq olacaq

45006

Sabah Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda geniş miqyaslı yürüş keçiriləcək.

Bizim.Media xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başa çatmaq üzrədir. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilib.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək - HAZIRLIQ BAŞLADI


Zəfər Günü əlaqədar olaraq bir sıra dövlət orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. Məqsəd vətəndaşlarımızın bayramları təhlükəsiz və rahat şəkildə qeyd etmələrinə şərait yaratmaqdır.

Vətəndaşların həyat və fəaliyyəti, habelə bayram şənlikləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının struktur bölmə və qurumlarına bununla bağlı müvafiq tapşırıqlar verilib.

Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub. 
 

Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı Zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq. Ölkəmizin karifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21:10-da Dənizkənarı Bulvarda başlayacaq. Bununla yanaşı fləşmob keçiriləcək.


Qeyd edək ki, Zəfər Günü paytaxtla yanaşı, respublikamızın bölgələrində, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin