Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, "Sinxua" agentliyi ölənlərin sayının 108-ə çatdığını bildirib.
Hadisə nəticəsində yaralanan 92 nəfər xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib.
Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.
Bizim.Media
An oil tanker explosion killed at least 99 people and injured more than 100 others in Sierra Leone’s capital Freetown after people flocked to collect fuel leaking from the ruptured vehicle //t.co/PkOd0uFNyt pic.twitter.com/S5lrcOWY4U
— Reuters (@Reuters) November 6, 2021