Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək.
Bizim.Media-nın məlumatına görə, bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Pensiya və təqaüdlərin artırılması üçün vəsait ayrıldı - MƏBLƏĞ
Rəydə qeyd edilib ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.
"Pensiyaçıların sayı yeni təyin edilmiş və müxtəlif səbəblərdən pensiya təyinatı dayandırılmış şəxslərin sayından asılı olaraq dəyişən göstəricidir.
Pensiya yaşının artırılması ilə bağlı islahatlar yalnız müvafiq dövr üzrə olmaqla yaşa görə yeni təyin edilmiş pensiya işlərinin sayının azalmasına səbəb olsa da, ümumilikdə pensiyaçıların sayının kəskin azalmasına bu amillə yanaşı, pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər təsir göstərib", - rəydə qeyd olunub.
Bizim.Media