“Bakı Forumu kifayət qədər maraqlı bir meydançadır ki, dünyanın hər yerindən öz inancları və fikirləri olan çox sayda insan bura toplaşıb. Bu platformada ənənələrdən, təhlükəsizlik sistemindən, sağlamlıq problemlərindən, iqtisadi məsələlərdən danışılır. Forum iştirakçıları ağlabatan həllər axtarmaq, dünyanın qarşısında duran problemlərdən çıxış yolunu öyrənmək məqsədilə maraqlə fikirlər səsləndirilər”.
Bizim.Media xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta «COVID-19-dan sonra dünya» VIII Qlobal Bakı Forumu çərçivəsində bu barədə Caliber.az-a müsahibəsi zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən BƏYANAT
O qeyd edib ki, Bakı platforması çox maraqlıdır və biz burada Azərbaycanın son bir ildə əldə etdiyi qələbə haqda da danışdıq:
“Azərbaycan ötən ilki müharibədə qalib gəldi və indi gələcəyə baxmaq, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq haqda düşünmək lazımdır. Başa düşürəm ki, bunun üçün çox vaxt tələb olunacaq, bütün bu proses hər iki tərəfdən müəyyən çətinliklərlə müşayiət ediləcək, hər iki tərəf də ciddi işlər görməlidir. Prezident Ilham Əliyevin forumdakı çıxışından anladım ki, o, gələcəyə baxaraq irəliləməkdə, sülh məsələsində qəti fikrə malikdir”.
Sonra Robert Sekuta “düşünürəm ki, ABŞ dövlət institutları Azərbaycan və Ermənistana möhkəm sülh qurmağa kömək edə bilər”, - deyə fikrini tamamlayıb.
Bizim.Media