Ölkə üzrə koronavirus XƏRİTƏSİ – Naxçıvan koronadan necə qorunur? 

Hazırda oxunan: Ölkə üzrə koronavirus XƏRİTƏSİ – Naxçıvan koronadan necə qorunur? 

44743

Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb.

Bizim.Media-nın "koronavirusinfo.az" saytına istinadən verdiyi məlumata görə, ölkəmizdə koronavirusa yoluxma hallarının 53,4 faizi paytaxtın payına düşür. Ən az yoluxma isə 0,06 %-lə Naçıvandadır.

Azərbaycan üzrə yoluxma dinamikasında hələ də paytaxt Bakı liderlik edir.

Abşeronda yoluxma 13.4 faiz, Gəncə-Qazax bölgəsində 7.3 faiz, Aranda 12,.4 faiz, Lənkəranda 2.5 faiz, Quba-Xaçmazda 3,3 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Yuxarı Qarabağda 1.5 faiz, Dağlıq Şirvanda 2.2 faiz təşkil edib. Naxçıvanda yoluxma 0. 06 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 0.4 faiz təşkil edib.

 

Statistikadan da göründüyü kimi böyük şəhərlərdə yoluxma dinamikası daha yüksək göstərici ilə müşahidə edilir. Səbəb isə həmin şəhərdəki sıxlıqla əlaqələndirilir. 



Ən az yoluxmanın Naxçıvanda olmasına səbəb əhalinin nizam-intizamlı olması ilə əlaqələndirilir. Ekspertlərin bildirdiyinə görə Naxçıvanda əvvəldən tətbiq edilən bütün qaydalara əhali bir nəfər kimi ciddi riayət etdiyi üçün bu gün də orada epidemioloji durum sabit olaraq qalır.  Hər kəs rahat işinə, təhsilinə gedir. Xəstəliyin az olmasına səbəb birbaşa məsuliyyətdir. 

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 539710  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501508  nəfər müalicə olunaraq sağalıb, 7182 nəfər vəfat edib. Aktiv xəstə sayı 31020  nəfərdir.

Bu günə qədər 9 milyon 798 min 886 nəfər vaksinasiya prosesinə cəlb edilib. Onlardan 4 milyon 980 min 307 nəfəri birinci doz üzrə,  4 milyon 406 min 811 nəfəri isə ikinci doz üzrə peyvənd olunublar. 411 min 748 nəfər isə üçüncü, yəni “Buster” doz üzrə vaksin qəbul ediblər. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin