Anasının tabutunu çiynində aparan müğənnidən ürəkdağlayan PAYLAŞIM - VİDEO

Hazırda oxunan: Anasının tabutunu çiynində aparan müğənnidən ürəkdağlayan PAYLAŞIM - VİDEO

44718

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Zenfira İbrahimovanın anası Ceyran xanım vəfat edib.

Bizim Media xəbər verir ki, sənətçi koronavirusdan dünyasını dəyişən anasının tabutunu öz çiyni üzərində daşıyıb.

Mərhumu son mənzilə yola salan Z.İbrahimova sosial şəbəkədə video paylaşaraq bunları yazıb:

"Anam, ciyərimi kül etdin, sən mənə qıymazdın axı… Məni tək qoydun bu zalım dünyada, belimi bükdün, qamətimi əydin.


Deyirdim, kaş kino, yuxu olardı, evimin çırağını söndürdün. İbrahimə nə deyim? Sən olmayan dünyanı istəmirəm. Dağılsın, viran qalsın. Allah, anasızlar necə dözüb bu dərdə? Bir gündür vəfat edib, mən artıq yoxam.

 

MÖVZU İLƏ BAĞLI:
Bakıda tanınmış müğənninin anası koronavirusdan öldü - FOTO

 


Son mənzilin mübarək, çiyinlərim qırıldı, amma yalvardım hər kəsə ki, anamı özüm daşıyım. Mənim yükümü çox daşıyıb. Sorğu-sualın asan, məkanın cənnət olsun. Ana, yaralarına ürəyim qurban".

Qeyd edək ki, bir müddət əvvəl infeksiyaya yoluxan Z.İbrahimovanın anası Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bizim.Media
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin