Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidə yaddaş pozğunluğu yaranmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Mixail Saakaşvili heç vaxt əfv edilməyəcək” – Gürcüstan Prezidenti
N.Qvaramiya kemiş prezidentin özünü çox pis hiss etdiyini deyib:
“Onun ünsiyyət problemi yaranıb və yaddaşında ciddi pozğunluqlar var. Saakaşvili insanların adlarını xatırlaya bilmir. Hələlik mənim adımı xatırlayır, ancaq söhbət əsnasında məlum oldu ki, dostlarının bir neçəsinin adını xatırlamır”, – deyə vəkil vurğulayıb.
Bizim.Media