"Azərbaycan 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyevdən milli təhlükəsizliklə bağlı AÇIQLAMA
Onun sözlərinə görə, bu format regionda bundan sonrakı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir:
“Hazırda bununla bağlı diplomatik kanallarla təmaslar yürüdülür. Bütövlükdə, Azərbaycan bu prosesi dəstəkləyir. Həmin format əsasında müzakirələri davam etdirməklə regional əməkdaşlığın yeni platformunu yaratmağa hazırıq”.
Bizim.Media