İran və Gürcüstan “3+3” platformasına gəlmir? – PLAN dəyişir - ÖZƏL

Hazırda oxunan: İran və Gürcüstan “3+3” platformasına gəlmir? – PLAN dəyişir - ÖZƏL

44590

Mariya Zaxarova: “Biz Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəkləyirik”. 

O, həmçinin deyib ki, planın praktik müstəviyə keçirməyin vaxtı çatıb.

Bizim.Media Rusiya XİN sözçüsünün fikirlərinə aydınlıq gətirmək üçün Azərbaycanın sabiq dövlət müşaviri Qabil Hüseynli ilə əlaqə saxlayıb.

Politoloqun sözlərinə görə, bölgədə “altılıq” konfiqurasiyası region ölkələrinin çoxu tərəfindən dəstəklənir. Rusiyanın bu ideyanı dəstəkləməsi proseslərə əlavə təkan verə bilər. Amma burada bir məqamı xüsusilə qeyd etmək lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

“İran Azərbaycandan üzr istəməli idi” – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH


“Gürcüstanın bu “altılığa” daxil olması məsələsində ciddi tərəddüdləri var. Bu tərəddüdlər Gürcüstan siyasi elitasında müzakirələrə səbəb olur. Hətta Gürcüstan tərəfi onun torpaqlarını işğal etmiş Rusiya ilə bir platformada olmağı özü üçün çatışmazlıq sayır. Gürcü politoloqlar “altılıq” məsələsində Azərbaycana da məsləhət verməyə çalışırlar ki, “axı əlatdan Ermənistana kömək edən, Azərbaycanla isə ciddi qarşıdurma yaratmış İran, sizin nəyinizə lazımdır?” Görünən odur ki, Gürcüstan tərəfi “3+3”də həm Rusiya, həm də İranın təmsil olunmasına qarşıdır. 

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın dəstəklədiyi “altılıq” formatı ola bilsin ki, gələcəkdə “dördlük” şəklində reallaşsın. Söhbət Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın daxil olduğu “dördlər platforması”ndan gedir. Çünki “3+3”ə İranın daxil olması da müşkül məsələlərdən biridir.

Bu, bölgədə qüvvələr nisbətinə də mənfi təsir edə bilən amillərdəndir. Gürcüstan isə Rusiya ilə bir yerdə olmaq istəmir. Bax bu nöqteyi-nəzərdən altılar ittifaqı reallaşdı demək tezdir. Sona qədər Tbilisinin mövqeyini gözləmək lazım gələcək”.

Qabil Hüseynli özəl açıqlamasında Zəngəzur dəhlizindən də söz açıb və bu layihəni Kremlin çoxdan dəstəklədiyini diqqətə çatdırıb. Hətta Rusiya koridor ideyasını ilk irəli sürənlərdəndir. Çünki Zəngəzur dəhlizi Rusiya üçün hava və su kimi lazımdır:
 

“Koridor belə bir fövqəl dövlətin Yaxın Şərqə çıxışını təmin edəcək. Eyni zamanda, Ermənistan üzərində Rusiya nəzarətini daha da gücləndirəcək bir dəmir yolunun açılması Kremlin strateji maraqlarına tam uyğundur.


İranın da xeyrinə ola biləcək bu layihəni islam respubliklasının dəstəkləməməsi anlaşılan deyil. Ümumiyyətlə, İranın siyasi elitasında dünya geostrateji münasibətlərini dərindən bilən və praktiki işə çevirəcək insanların az olduğunu qeyd etmək lazım gəlir. Amma Zəngəzur məsələsində Rusiyanın sözü həlledici rol oynayacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin