İsrail və Rusiya İranı Suriyadan çıxaracaq – GİZLİ ANLAŞMA

Hazırda oxunan: İsrail və Rusiya İranı Suriyadan çıxaracaq – GİZLİ ANLAŞMA

44581

"İran hökuməti ilə mübarizədə onun əsas silahı İsrail ordusunun mütləq üstünlüyü yox, İslam Cümhuriyyətinin zəif iqtisadiyyatının və korrupsioner və səmərəsiz rejiminin maliyyə xərclərinin artırılmasıdır". 

Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet "English Times" nəşrinə müsahibəsində deyib. 

N. Bennet dolayısı ilə İranın bugünkü vəziyyətini keçmiş Sovet (Şurəvi) rejiminə bənzədərək, İran rejimini korrupsioner və səmərəsiz bir rejim olaraq adlandırıb: 

"İran rejimi öz vətəndaşlarının içməli su tələbatını belə təmin edə bilmir, təkcə Suriyaya hərbi müdaxiləsinə 100 milyard dollardan çox əbəs yerə pul xərcləyərək Suriya, Livan, İraq və Yəməndə minlərlə muzdlununun xərclərini ödəyir", - deyib. 
 

Suriyanın rəsmi xəbər agentliklərindən biri noyabrın 3-də İsrail ordusunun Dəməşq şəhərinin ətrafındakı Zakiye bölgəsində yerləşən nizami təsisatlarını raket zərbələri ilə vurduğunu yazıb. "Jerusalem Post" qəzeti isə İsrail ordusunun bu addımını Naftali Bennetin Vladimir Putinlə Soçidə baş tutan son görüşü ilə əlaqələndirib. 


Məsələ ilə bağlı İsrail ordusunun hərbi rütbəli zabitlərindən biri isə İsrail və Rusiyanın İranı Suriyadan sıxışdırıb çıxarmaq üçün əməkdaşlıq edəcəklərinə dair razılaşdıqlarını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin