“Eks-prezidentin əfv edilməsi ilə bağlı mövqeyim dəyişməz və qətidir: Bu, heç vaxt baş verməyəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
O qeyd edib ki, Mixail Saakaşvili məhkmə qarşısında cavab verməlidir.
MÖVZU İLƏ BAĞLI:
Gürcü ekspertdən sensasion AÇIQLAMA: “Saakaşvili tezliklə Ukraynaya veriləcək”
Qeyd edək ki, Gürcüstanın böyük şəhərlərində M.Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçirilir. Noyabrın 6-da isə paytaxt Tibilisidə minlərlə insanın qatılacağı etiraz mitinq baş tutacaq.
Bizim.Media