Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku noyabrın 8-i saat 18:00-da ölkə vətəndaşlarını Azadlıq meydanında keçiriləcək mitinqə dəvət edib.
Bizim.Media “yerevan.today” saytına istinadən xəbər verir ki, bununla bağlı blok bəyanat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Erməni revanşizmin son çırpıntıları – İrəvandakı etirazların PƏRDƏARXASI
“Hörmətli vətəndaş, bu, ləyaqət və müqavimətin təşkili üçün toplantıdır. Azadlıq Meydanına gəlin və öz iştirakınızla göstərin ki, siz Ermənistanın türkləşdirilməsini, “Artsax”ın silahsızlaşdırılmasını, hakimiyyətin mənimsənilməsini, ölkəmizin növbəti məğlubiyyətini rədd edirsiniz”, - bəyanatda deyilir.
Qeyd edək ki, həmin gün Azərbaycan 44 günlük 2-ci Qarabağ savaşında qazandığı qələbə münasibətilə Zəfər Gününü qeyd edəcək.
Bizim.Media