Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bloomberg” Agentliyinə müsahibə verib.
Bizim.Media xəbər verir ki, nazir Azərbaycanda OPEC+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib.
O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib:
Pərviz Şahbazov qeyd edib ki, Avropada təbii qazın son yüksək qiymətləri neft məhsullarına tələbi artırsa da, artım hər rüb gündə 300-400 min bareldən çox deyil.
Nazirin fikrincə, neftin qiymətinin bir barel üçün 60-70 dollar civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər:
"Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:51 / 03.11.2021
Azərbaycanlı nazir “Bloomberg”ə müsahibə verdi, neftin ucuzlaşmasını DƏSTƏKLƏDİ
Hazırda oxunan: Azərbaycanlı nazir “Bloomberg”ə müsahibə verdi, neftin ucuzlaşmasını DƏSTƏKLƏDİ
Hazırda oxunan: Azərbaycanlı nazir “Bloomberg”ə müsahibə verdi, neftin ucuzlaşmasını DƏSTƏKLƏDİ
44511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.