Qurban Məmmədovdan ŞƏHİDLƏRİMİZƏ görünməmiş təhqir - Onları qatil adlandırdı -  VİDEO FAKT

Hazırda oxunan: Qurban Məmmədovdan ŞƏHİDLƏRİMİZƏ görünməmiş təhqir - Onları qatil adlandırdı -  VİDEO FAKT

44499

Uzun müddətdir ki, Londonda yaşayan və adı müxtəlif fırıldaqçılıq əməllərində hallanan Qurban Məmmədov növbəti qarayaxma kampaniyası ilə gündəmə gəlib. Video-bloger cinayət işinə son verilən “Tərtər işi”nin üzərindən manipulyasiya edərək bu dəfə də 44 günlük Vətən müharibəsində tarix yazan şəhidlərimizi ləkələyən çıxışlara başlayıb.

O, şəxsi YouTube kanalında Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza dil uzadacaq qədər çirkin əmələ imza atıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Məmmədov "blok" əməliyyatına başlayıb – Bu şəxsə cinayət işi niyə qaldırılmır?


Öz çirkin xislətini gizlətməyən bloger, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, Aprel döyüşlərinin fəal iştirakçısı və Vətən müharibəsinin şəhidi Babək Səmidlini “Tərtər işi”ndə mənfur qatil kimi qələmə verib. Sərsəm iddiaları ilə o, Babək Səmidlini saxta məhkəmə proseslərində işgəncə görənləri və zərərçəkmişləri pulla ələ alan qatil kimi təqdim etməyə cəhd göstərib.

Hər kəsdə özü kimi vətənə xəyanət potensialı görən Qurban Məmmədov eynilə digər şəhid qəhrəmanımızın Azərbaycan Ordusunun çavuşu, Vətən müharibəsinin şəhidi Vasif Quliyevin adını ləkələyən əsassız mülahizə ilə də çıxış edib.
 

Deyəsən, Lodonda oturaraq Azərbaycana xitab etməyə çalışan Qurban Məmmədov xarici maraqların ideoloji tüstüsünə o qədər düşüb ki, bariz gerçəkləri belə seçməkdə uğursuzdur. 


Əldə etdiyimiz dəqiq məlumatlara görə, şəhid Vasif Quliyevin ümumiyyətlə Tərtər işi ilə yaxından uzaqdan heç bir əlaqəsi olmayıb.

Aprel döyüşlərində və 44 günlük Vətən savaşında Füzulinin azadlığı uğrunda şəhid olan birinə çamur atacaq qədər gözü dönən Qurban Məmmədov sübuta yetirilməmiş faktlarla maliyyə qaynaqlarını da aldatmaqla məşğuldur. Görəsən, uzun müddət sifarişli yazıların və açıqlamaların müəllifi kimi tanınan Qurban Məmmədov bu dəfə şəhidlərimizin qanı bahasına kimlərdən sifariş alıb?
 

Öz ölkəsini, vətənini, millətini satdığı kimi şəhidələrimizin müqəddəs xatirəsini nəyin qarşılığında hərraca çıxarıb?


Qurban Məmmədov öz şərəf və ləyaqətini çoxdan satmış insanın enə biləcəyi ən aşağı pillədir.

Canını vətən uğurunda qurban verən şəhidləri öz çikin əməllərinə alət edən bir şəxsi başqa cür adlandırmaq mümkün deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Məmmədov xarici dövlətlərdən idarə olunduğunu ETİRAF ETDİ – ŞOK SƏSYAZISI


Məlumat üçün bildirək ki, tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub. 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin