İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev istilik qiymətlərinin artırılmasının nəzərdə tutulmadığını deyib.
O bu barədə Trend-ə açıqlamasında məlumat verib.
Hazırda əhali qrupu üzrə 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.
Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:58 / 03.11.2021
İstilik qiymətlərində artım olacaq? - RƏSMİ
Hazırda oxunan: İstilik qiymətlərində artım olacaq? - RƏSMİ
Hazırda oxunan: İstilik qiymətlərində artım olacaq? - RƏSMİ
0:00
0:00
44441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.