AQTA “Ərzaq bankı” təşəbbüsünə SUSUR – Tonlarla məhsulun batması kimə sərf edir? 

Hazırda oxunan: AQTA “Ərzaq bankı” təşəbbüsünə SUSUR – Tonlarla məhsulun batması kimə sərf edir? 

44413

Bundan əvvəlki məqalədə Azərbaycanda “Food Bank” yəni, ərzaq bankının yaradılması təklif olunması barədə qeyd etmişdik.

Sistematik araşdırmalara görə, bu layihə ölkədə tətbiq olunarsa bir sıra sosial problemlər öz həllini tapar və iqtisadiyyata da öz töhvəsini vermiş olar. Belə ki, bu təşəbbüs aztəminatlı ailələrdən başlayaraq, həbsxanalara qədər, ərzaq tədarükünə yardımçı ola bilər.

Məsələ ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran millət vəkili Vahid Əhmədov bu işin çox gözəl təşəbbüs olduğunu qeyd edərək, bildirib ki, söhbət ərzaq tədarükündən gedirsə, bu cür “Ərzaq bank”ları mütləq şəkildə AQTA-nın nəzdində yaradılmalıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Ərzaq bankı” yaradılsın – AQTA təşəbbüsə nə deyəcək?  


Bununla bağlı Qida Təhlükəsizlik Agentliyinə yazılı və şifahi sorğu yollamağımıza və üzərindən bir xeyli zaman keçməsinə baxmayaraq, çox təəssüf ki, bir cavab ala bilmədik. Dövlət qurumunun belə bir  sual qarşısında susqun qalması heç də anlaşılan bir durum deyil.

Müzakirəmizi iqtisadçı Seymur Əliyevlə davam etdirdik. Ekspertin fikrincə isə, bu dövlət qurumu deyil, özəl sektorların tərkinibdə yaransa, daha effektiv olar. Ekspert Bizim.Media-ya açıqlamasında qeyd edib ki, biz hansısa biznes modelini gətirib dövlət qurumunun tərkibində yaratmağa çalışırıqsa, onun efekt verib verməməsi haqqında məsələlər ciddi suallar yaradır:

“Düzdür layihə sözsüz ki, uğurlu da ola bilər. Amma bir məsələ də var ki, biz bunu özəl sektorlara sövq edə bilərik. Məsələn Sahibkarlara Dəstək Milli Fondu bu kimi layihələrə xüsusi sərmayə ayıra bilər. Burada bir sıra qurumlar iştirak edə bilər, bu cür layihənin ərsəyə gəlməsi üçün KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) İqtisadiyyat nazirliyi, həmçini AQTA özü maraqlı olmalıdır”.

O, həmçinin qeyd edib ki, bütün dünya təcrübələrini, birdən - birə Azərbaycana gətirib tətbuq etmək yanlış düşüncədir. Bunun üçün mütləq şəkildə, şərait və imkana baxmaq lazımdır. 

“Bəzən təklif olunan məsələlər barədə ölkədə lazim olan şərait uyğun olmur, bəzən xüsusi standartların tətbiq edilməsi lazım olur, qanunvericilikdə və s.dəyişikliklər tələb olunur. Biz bunları tədqiq etmədən tədbiq etsək bunun sonradan ortaya fəsadları çıxa bilər. Tədqiqatlar zamanı biz mütləq məsələnin müsbət və mənfi cəhətlərini öyrənməliyik.  Bundan sonra otaya bir məqsəd qoymaq olar. Çünki bir çox uğurlu layihələr başladıqdan bir müddət sonra uğursuz olublar”.
 

Bundan başqa iqtisadçı diqqətə çatdırıb ki, dövlət tədarüklərini edən qurumun biri elə AQTA-nın özüdür. Mütəxəssis vurğulayıb ki, həbsxanaların, hərbi hissələrin və digər dövlət sosail qurumlarının qida tədarükü AQTA-nın üzərindədir. 


“Burada yaradılacaq olan “Ərzaq bankı” ilə AQTA-nın maraqları toqquşmamalıdır. Bu cür layihələr qulağa xoş səslənə bilir, ancaq biz bunu düzgün təməllər üzərində təşkilatlandıra bilməsək, bu özünü doğrultmayan layihələrdən birinə çevrilə bilər”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin