Ən qısqanc QADINLAR kimlərdir? – Bəs KİŞİLƏR... 

Hazırda oxunan: Ən qısqanc QADINLAR kimlərdir? – Bəs KİŞİLƏR... 

44412

Bürclərdən hansıların daha qısqanc olması çoxdankı mübahisə predmetlərindəndir. Çünki paylaşa bilməmək və qısqanmağı fərqləndirənlər, fərdə görə dəyişən bürclər də var.

Bizim.Media vəd verdiyi kimi bürclər haqqında yenə maraqlı faktlar toplayıb və bu dəfə söhbət ən çox qısqanan qoroskop nümayəndələrindən gedəcək.

Qoç bürcü

Bu bürcdən olan kişilər ən qısqanclardandır. Qoçların qısqanclığı duyğusal və coşqundur. Psixoloqların fikrincə, qadınları qoç bürcündən olan kişilərə cəlb edən də, məhz budur. 

Qadın qoçlar da qısqanclığa görə isterika yarada bilirlər. Amma səs-küydən sonra qadın qoçlar tez sakitləşirlər. 

Buğa bürcü

Bu bürcdən olan kişilər ən qısqanc olmasalar da, həmdəmini bölüşmək tərəfdarı deyillər. Buğa bürcündən olan kişilər qısqanırsa, deməli, kədərlənir, etibarı sınır.

Qadın buğalar xəyanət haqqında öyrənsələr, ani coşmayacaqlar. Vəziyyəti dəqiqliklə analiz edəndən sonra nə edəcəyini qərarlaşdırır. 

Əkizlər bürcü

Əkizlər azadlıqsevər olurlar. Öz sevgililərinə sərt öhdəliklər qoymurlar. Bu bürcdən olan kişilər tərəf müqabillərinin münasibətlərini məhdudlaşdırmırlar. Onlarda qısqanclıq fərqli iki formada olur: susqun dərd çəkmək və bağıraraq münasibətə aydınlıq gətirmək.  

Qadın əkizlər ikinci ən qısqanc bürcdür. Səbəbsiz də qısqana bilirlər. 

Xərçəng bürcü

Özgüvən çatışmazlığından dolayı qısqana bilir və tərk edilmək qorxusu ilə yaşayırlar. Bu bürcdən olan kişilər xanımının onu tərk etməsindən ehtiyatlanır deyə qalmaqalları sevmirlər.

Sakitləşməyi üçün sevgilisi onun şübhələrinə aydınlıq gətirməlidir.

Xanım xərçənglər qısqanclığını göstərməyəcək dərəcədə qürurludurlar. İlk baxışdan xəyanəti bağışlasalar da, mütləq qisas alırlar. 

Şir bürcü

Kişi şirlər elə də çox qısqanc olmurlar. Onlar sevdiyi qızı bütün dünyaya təqdim etməyə hazırdırlar. Özünə inanan şirlər sevgililərinin onları asan tərk etməyəcəyini bilirlər. 

Qadın şirlər əkizlər və qoçlardan fərqlidirlər. Belə ki, bu bürcdən olan qadınlar kişilərinin bütün diqqəti yalnız onlara sərf etməli olduğunu sanırlar. Əgər şir bürcündən olan xanımın sevgilisi başqasına baxsa, dava-dalaş, mübahisə qaçılmazdır.

Qız bürcü

Bu bürcdən olan kişilərin etibarını qazanmaq lazımdır. Hadisələri diqqətlə izləyə bilən qız bürclü kişilər danışmaq istəyəndə onları dinləmək lazımdır. Xəyanətdə şübhələnsə, gizli izləmələr də apara bilər. 

Qız bürcündən olan qızlar da şübhələnəndə sosial şəbəkələrdən tutmuş, hər yanı eşələyəcəklər. 

Tərəzi bürcü

Bu bürcün kişi təmsilçiləri çox da qısqanc olmurlar. Qadınlara azad seçim şansı buraxırlar.

Qadın tərəzilər şübhələnməyi sevmir və tərəf müqabilindən nəyisə birbaşa soruşurlar. Ayrılıq zamanı tərəzilər səbəb və s. izahatlar verməyəcək. Çünki onlar hay-həşir, göz yaşı kimi elementləri həzm etmirlər.

Əqrəb bürcü

Ən qısqanc bürcdür. Tələbkar və emosional bürc olan əqrəblər həm də ehtiraslıdırlar. Bu bürcdən olan hər iki cinsin nümayəndəsi qısqanclıq, mübahisə üçün səbəbi asanlıqla tapa bilirlər. Amma onlar öz sevgilisini burfaxmır və mübarizə aparırlar. 

Oxatan bürcü

Bu bürcdən olan kişilər qısqancdır, amma bunu incəliklə gizlədirlər. Sevgilisi düşünə bilər ki, oxatanın vecinə deyil, amma bilmir ki, oxatan kişinin daxilində od qalanır. Oxatan kişilər sakitcə narahat olur, situasiyanı fikrən xırdalayırlar. Yekunda sevgilisinə düşündüyü hər şeyi danışır. 

Qadın oxatanlar güvənli, açıq ünsiyyətlərdə qısqanmırlar. Yəni, sevgilisi kompliment və başqa xoş sözlər işlədirsə, qısqanmağa lüzum yoxdur. Amma həmdəmləri qapalıdırsa, oxatan qadınlar şübhələnməyə başlayırlar. Bununla belə, həyəcanlarını tərəf müqabillərinə göstərmirlər. 

Oğlaq bürcü

Bu bürcdən olan kişilər qısqanmağı sevmirlər. Amma onların qısqanclığına saç düzümünü dəyişmək də yetərlidir.

Qadın oğlaqlar qısqanan zaman özünü soyuq və laqeyd aparırlar. Amma fürsət düşən anda sevgililəri onların narahatlıqlarını var gücü ilə hiss edəcəklər.

Dolça bürcü

Bu bürcdən olan kişilər ən qısqanmayanlardır. Onlar münasibətləri qarşılıqlı güvən üzərində qurmaq tərəfdarıdırlar. 

Qadın dolçalar sevgililərinə hətta ciddi olmayan flirtə də imkan verir. Amma xəyanət baş verərsə, münasibətləri dayandırırlar.

Balıq bürcü

Bu bürcdən olan kişilərin qısqanclığını qiymətləndirmək çətindir. Çünki onlarda qısqanclıq dalğa kimi qəfil gəlib, elə qəfil də itə bilir. 

Qadın balıqlar həssas olduqları üçün ən qısqanclar arasındadırlar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin