Əfqanıstanda 55 yaşlı kişiyə evlənmək üçün satılan 9 yaşlı Pərvanə Malikin görüntüləri dünyanı şoka salıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı CNN telekanalı özəl xəbər hazırlayıb
Pərvanə Malikin məcburi köçkün olan ailəsi 4 ildir ki, Badgis vilayətindəki düşərgədə yaşayır.
Avqustun 15-də “Taliban” rejiminin paytax Kabili ələ keçirməsi ilə başlayan yeni dövr ailəinin həyatını daha da çətinləşdirib.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda voleybolçu qızın qətli ilə bağlı yeni TƏFƏRRÜAT - FOTO
Beynəlxalq humanitar yardımın çatdırıla bilmədiyi ölkədə böhran dərinləşdikcə, bir neçə ay əvvəl 12 yaşlı qızını evlənmək üçün satan Əbdül Malik bu dəfə kameralar qarşısında 9 yaşlı qızını2500 dollara satıb.
Görüntülərdə qara paltar geydirilmiş azyaşlı qızın getməmək üçün müqavimət göstərdiyi, lakin onu alan 55 yaşlı kişi və qadının Pərvanənin əlindən tutub evdən çıxardığı görülür.
Qeyd edək ki, təkcə bu il 677 min insanın evini tərk etməli olduğu ölkədə “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra qızların məktəbə getməsi qadağan edilib. Onların çoxu ailələri tərəfindən ərə verilir.
Həmçinin, Əfqanıstanda 15-19 yaş arası qızların 10 faizi hər il reproduktiv sağlamlıq xidmətlərindən istifadə etmədən uşaq dünyaya gətirir.
Oral Mədənçi, Bizim.Media