Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 415 milyon 750 min dollar dəyərində əczaçılıq məhsulu idxal edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, xaricdən alınan dərman məhsullarının çəkisi 16 min 349 ton olub.
Əczaçılıq məhsulları idxalının ümumi idxalda çəkisi 4,98 faiz təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gətirilən əczaçılıq məhsulları çəki ifadəsində azalsa da, dəyər ifadəsində əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2020-ci ilk 9 ayında xaricdən 16 937 min ton əczaçılıq məhsulları alınıb. Onun dəyəri isə 271 milyon 141 min dollar olub. Məlumata əsasən bu il dərman məhsullarının alınması üçün 144 milyon 609 min dollar artıq vəsait xərclənib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:29 / 02.11.2021
Dərmana nə qədər pul xərcləyirik? - ŞOK RƏQƏMLƏR
Hazırda oxunan: Dərmana nə qədər pul xərcləyirik? - ŞOK RƏQƏMLƏR
Hazırda oxunan: Dərmana nə qədər pul xərcləyirik? - ŞOK RƏQƏMLƏR
44364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.