Müğənni Manaf Ağayev qaraciyər serrozundan əziyyət çəkməsi barədə yayılan xəbərlərə münasibət bildirib. O, qeyd edib ki, haqqında yayılan bu xəbərlər şər, böhtandan başqa bir şey deyil.
Bu haqda müğənni özü Bizim.Media-ya açıqlamasında deyib.
O, bildirib ki, bu ancaq onun paxıllığını çəkən insanların işidir.
“Belə bir xəstəlik mənim haqqımda bu xəbərləri yazanın özünə qismət olsun. Şükür Allaha top kimiyəm, tam sağlamam və heç bir xəstəliyim də yoxdur. Axşam da toyum var, orada iştirak edəcəyəm. Sadəcə, toylarım çox olduğu üçün, belə əsassız xəbərlər yayıb, məni gözdən salmaq istəyirlər. Bunlar kordurlar, görmürlər ki, mən bütün günü toyda, efirdəyəm. Mən belə vəziyyətdə necə xəstə yatıram?”.
Müğənni onun haqqında böhtan yayan insanları tənqid edib. O, tezliklə bu barədə hüquqi müstəvidə ölçü götürüləcəyini də deyib.
“İndi mən bu insanlara nə deyim? Deyim tüpürüm sizin sifətinizə, mənim haqqımda niyə belə yalan məlumatlar yayırsınız? Çox güman ki, tezliklə haqqımda yalan məlumat yayan insanlar haqqında hüquq –mühafizə orqanlarına müraciət edəcəyəm, məhkəmədə öz haqqımı axtaracam. Çünki belə davam edə bilməz. Hər həftə bir mövzu tapıblar. Hamısı da toylarımın çox olmasının paxıllığıdır”.
Qeyd edək ki, bu gün Olay.az saytı Manaf Ağayevin qaraciyər serrozundan əziyyət çəkdiyini və müalicə üçün tez-tez Rusiyanın paytaxtı Moskvaya səfər etdiyi barədə xəbər yayıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:38 / 02.11.2021
Manaf Ağayev onu xəstə çıxaranlara QARĞIŞ ELƏDİ: “Yazanın başına gəlsin!”
Hazırda oxunan: Manaf Ağayev onu xəstə çıxaranlara QARĞIŞ ELƏDİ: “Yazanın başına gəlsin!”
Hazırda oxunan: Manaf Ağayev onu xəstə çıxaranlara QARĞIŞ ELƏDİ: “Yazanın başına gəlsin!”
44346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.